AZ

YAP nümayəndə heyətinin Çinə səfəri davam edir

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri çərçivəsində Çin Kommunist Partiyası (ÇKP) Nantun şəhər komitəsinin rəhbərliyi ilə görüş keçirilib.

Publika.az xəbər verir ki, görüşdə dostluq və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Çin münasibətlərinin inkişafının məmnunluq doğurduğu, qarşıda duran bütün hədəflərin reallaşdırılması üçün geniş imkanların mövcud olduğu diqqətə çatdırılıb.

Bu gün hər iki ölkənin dinamik inkişafı və yüksək nüfuzu ilə dünyanın diqqət mərkəzində olduğu, beynəlxalq münasibətlər sistemində layiqli yer tutduğu və öz mövqelərini davamlı olaraq möhkəmləndirdiyi vurğulanıb. Qeyd olunub ki, dövlət başçılarının milli mənafelərə cavab verən uğurlu siyasətinin qanunauyğun nəticəsi kimi, qarşılıqlı inam və etimada, çoxillik əməkdaşlığa əsaslanaraq strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin qəbulu ikitərəfli münasibətlərin inkişafına yeni dinamizm gətirməklə bərabər, Azərbaycan ilə Çinin beynəlxalq müstəvidə bir-birinin maraqlarını müdafiə etməsi baxımından da müstəsna əhəmiyyətə malikdir.

Görüş zamanı hər iki ölkənin sosial-iqtisadi inkişafı və gələcəyə yönəlik hədəfləri barədə ətraflı məlumat verilib, bir çox istiqamətlərdə yeni işbirliyi imkanları müzakirə olunub. Azərbaycan ilə Çinin regionlarının yüksək inkişaf səviyyəsinə çatdığı qeyd edilərək ölkəmizin qardaşlaşmış şəhərlər təcrübəsinə malik olması, mədəniyyət, turizm, ticarət və digər sahələrdə faydalı layihələrin həyata keçirildiyi, lakin hələ istifadə olunmamış geniş potensialın mövcud olduğu diqqətə çatdırılıb, xüsusilə də yeni texnologiyaların tətbiqi, müasir infrastruktur quruculuğu və "yaşıl inkişaf"ın təmini istiqamətlərində səmərəli əməkdaşlığın həyata keçirilə biləcəyi vurğulanıb.

Qarşılıqlı səfərlərin, fikir və təcrübə mübadiləsinin aparılmasının partiyalar arasında əlaqələrin mövcud vəziyyətinin dəyərləndirilməsi və əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi baxımından əhəmiyyətli olduğu qeyd edilib. Diqqətə çatdırılıb ki, YAP nümayəndə heyətinin Çinə səfəri çərçivəsində ÇKP ilə əməkdaşlıq memorandumunun imzalanması, bir çox məhsuldar görüşlərin keçirilməsi və Qlobal Cənub Beyin Mərkəzlərinin İkinci Dialoqunda iştirak yaxın dostluq əlaqələrinin daha bir bariz nümunəsidir.

Seçilən
34
17
publika.az

10Mənbələr