AZ

İsrail Livanın cənubunda əməliyyat keçirib: terrorçular və silah anbarları məhv edilib

Bakı. Trend:

İsrail ordusunun Livanın cənubunda keçirdiyi genişmiqyaslıəməliyyat zamanı onlarla terrorçu zərərsizləşdirilib və silahanbarı kimi istifadə edilən obyektlər məhv edilib.

Trend xəbər verirki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumatyayıb.

Bildirilib ki, 91-ci diviziyanın komandanlığına daxil olan“Komando” briqadasının hərbçiləri Livanın cənubunda, İsrailinyaşayış məntəqələrinə hücumların həyata keçirildiyi bölgədəəməliyyatlar aparıb. Əməliyyat nəticəsində çox sayda terrorçu məhvedilib, raket qurğuları və yeraltı tunellər zərərsizləşdirilib,ərazi tamamilə təmizlənib.

Bundan əlavə, 7-ci briqadanın hərbçiləri əməliyyat zamanı silahanbarı kimi istifadə edilən şaxta aşkar ediblər. Şaxtada çoxlusayda sursat saxlanıldığı müəyyən edilib. Partlayış nəticəsindəsilah anbarı tamamilə məhv edilib.

İsrail ordusu əməliyyatların bölgədəki təhlükəsizliyi təminetmək məqsədilə davam etdiriləcəyini bildirib.

Seçilən
36
az.trend.az

1Mənbələr