Tikilməkdə olan Obyektlərin Müdiriyyəti Qubadlı rayonu ərazisində yerləşən üzümçülük təsərrüfatının suvarma suyu ilə təminatı üçün elan etdiyi tenderə yekun vurub.
Valyuta.az xəbər verir ki, tenderin qalibi “Real-İnşaat” şirkəti seçilib.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 840 532,56 manatdır.
Suvarma suyu ilə təmin ediləcək üzümçülük təsərrüfatının sahəsi 117,3 hektardır.
Hüseyn