AZ

Deputat Azər Allahverənov Nardaranda vətəndaşların qəbulunu keçirib


Milli Məclisin deputatı Azər Allahverənov Nardaranda vətəndaşların qəbulunu keçirib
16 noyabr 2024-cü il tarixdə Milli Məclisin deputatı Azər Allahverənov Nardaran qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında qəsəbədə yaşayan vətəndaşların qəbulunu keçirib.
Qəbulda iştirak edən qəsəbə sakinləri səhiyyə, təhsil, torpaq üzərində mülkiyyət hüquqları və digər məsələlərlə bağlı müraciətlərini ediblər.
Qaldırılan məsələlər aidiyyəti üzrə baxılması üçün müvafiq qaydada qeydə alınıb. Müraciət edən vətəndaşların diqqətinə çatdırılıb ki, hər bir məsələyə ayrı-ayrılıqda baxılacaq və onların həll olunması istiqamətində zəruri addımlar atılacaqdır.
Xüsusilə bildirilib ki, müvafiq qurumlara ediləcək bütün müraciətlər barədə vətəndaşlar aidiyyəti üzrə məlumatlandırılacaqlar. NUH.az  

 

Bir 6 nəfər və mətn şəkili ola bilər

 

Bir 5 nəfər şəkili ola bilər


Seçilən
67
nuh.az

1Mənbələr