AZ

Almaniyanın xarici işlər naziri Kiyevi uzaqmənzilli silahlarla təmin etməyə çağırıb

Almaniyanın xarici işlər naziri Annalena Bärbok Visbadendə Yaşıllar Partiyasının qurultayında çıxışı zamanı Ukraynaya hərbi dəstəyin davam etdirilməsinə çağırıb.

O, həmçinin Kiyevin uzaqmənzilli silahlarla təmin olunmasının tərəfdarı olduğunu bildirib.

Editor.az bildirir ki, bu barədə “Tagesspeigel” xəbər verir. Xarici işlər naziri qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri artıq Böyük Britaniya və Fransadan qanadlı raketlər alır. “İndi biz nəhayət tərəfdaşlarımızın artıq etdiklərini etmək üçün güc tapmaqdan danışırıq” – Berbok deyib.

Eyni zamanda, onun çıxışında Almaniya kansleri Olaf Şolz Kiyevə tədarükünə qarşı çıxan alman “Taurus” qanadlı raketlərindən bəhs edilməyib.

Ötən gün o, Almaniyanın Ukraynaya bu raketləri verməyəcəyini söyləyib və həmçinin Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyasının dərinliklərinə hücumlar üçün Qərbin uzaqmənzilli silahlarından istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına qarşı olduğunu vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
41
editor.az

1Mənbələr