Türkiyə yığması UEFA Millətlər Liqasının qrup mərhələsində bu gün növbəti oyununu keçirib.
“Qafqazinfo” xəbər verir ki, B Liqasının 4-cü qrupunda mübarizə aparan kollektiv 5-ci turun matçında Uelsi qəbul edib.
Kayseri Böyükşəhər Bələdiyyəsi Kadir Has Stadionunda baş tutan qarşılaşmada qapılara qol vurulmayıb - 0:0.
Bu nəticədən sonra Türkiyə millisi 11 xalla qrup birincisi, Uels isə 9 xalla ikincidir.