Avropa Birliyi Rusiyadan qaz nəqlini dayandırmağa hazırdır.
Axar.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Rusiya qazının Avstriyaya nəqli ilə bağlı vəziyyət fonunda deyib.
Leyen AB-nin bu məqama hazırlaşdığını bildirib və vurğulayıb ki, AB ölkələrinin qaz anbarları hazırda doludur.