AZ

"KFC" restoranları işçiər axtarır - MAAŞ 800 MANAT - VAKANSİYALAR

GFC MMC

Briqada üzvü, Kassir

Son tarix 16 dek 2024 - [email protected]

Əgər sən də böyük ailəmizə qoşulmaq və karyeranı qurmaq istəyirsənsə, səni restoranımızda gözləyirik!  

Namizədə aid tələblər:

  • 18-45 yaş arasında;
  • Gülərüz,intizamlı,məsuliyyətli, punktual ,səliqəli və operativ olması;
  • Öyrənmə bacarığı yaxşı olan;
  • İş yerində səliqə və təmizliyə riayət olunması;
  • Karyera qurmaq istəyi.

Əsas vəzifə və öhdəliklər:

  • Kassa əməliyyatlarının yerinə yetirilməsi;
  • Qonaqların qarşılanması və yola salınması;
  • Mətbəxdə məhsulların hazırlanması;
  • Məhsulların keyfiyyətinə nəzarət; 
  • İş stansiyasının təmizliyinə nəzarət;
  • Xarici görünüş standartlarına əməl edilməsi.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Növbəli iş rejimi,həftədə 5 iş günü ;
  • Saatlıq əmək haqqı;
  • Mehriban iş kollektivi;
  • Təlim keçmə və karyera artımı imkanları.

Mail: Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Briqada üzvü KFC” qeyd edərək e-ünvanına göndərə bilərlər.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

 

İşə qəbul üzrə mütəxəssis (Recruiter)

 Son tarix 16 dek 2024 - [email protected]

Namizədə aid tələblər:

  • 22-28 yaş arasında;
  • Ali təhsilli olması;
  • Müvafiq vəzifədə 1 ildən az olmayaraq iş təcrübəsi;
  • Səlis azərbaycan dili bilikləri, rus dili- arzuolunandır;
  • Müsahibə texnikalarının və namizədlərin seçim üsullarının nəzəri və praktiki bilməsi mütləqdir;
  • Yüksək səviyyədə ünsiyyət qurma və komandada işləmək bacarığı;
  • İşgüzar nitq və yazışma qabiliyyəti;
  • Stressə davamlılıq və təşkilatçılıq bacarıqları;
  • Məsuliyyət, dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
  • MS Office proqramlarını yaxşı səviyyədə bilməsi mütləqdir.

Əsas vəzifə və öhdəliklər:

  • İşçi ehtiyaclarının müəyyən edilməsi;
  • Vakansiyalar üzrə müvafiq elanlarının hazırlanması və operativ şəkildə yerləşdirilməsi;
  • CV-lərin vakansiyalar üzrə dəyərləndirilməsi;
  • İşə qəbul planına uyğun olaraq namizədlərin cəlb edilməsi;
  • Namizədlərin sorğularının cavablandırılması;
  • Müsahibə prosesinin təşkili və aparılması;
  • Seçim və adaptasiya proseslərinin koordinasiyası;
  • Müxtəlif kanallar vasitəsilə potensial namizədlərin müəyyənləşdirilməsi və araşdırılması;
  • İşə qəbul prosesinə dəstək;
  • CV bazasının formalaşdırılması və mütəmadi olaraq yenilənməsi;
  • İşə qəbul prosesinə aid aylıq hesabatların hazırlanması;
  • Şirkətin işə qəbul siyasətinə riayət olunması;
  • Xahiş edirəm gizli kodu "555" ilə CV ilə göndərin, əgər həqiqətən A-dan Z-yə qədər bütün mətni oxuyursunuzsa, bunu bilməliyik; 
  • İnsan Resursları üzrə digər müvafiq tapşırıqlarının yerinə yetirilməsi. 

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • 5 günlük iş rejimi;
  • Əmək haqqı-800 azn;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Mail: Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “İşə qəbul üzrə mütəxəssis (Recruiter)” qeyd edərək e-ünvanına göndərə bilərlər. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Seçilən
70
fed.az

1Mənbələr