“ABŞ Demokratik Partiyası xalqla əlaqəni itirdiyi üçün seçkiləri uduzdu”.
Bizim.Media xəbər verir ki, bu barədə amerikalı milyarder İlon Mask “X” hesabında paylaşım edib.
Belə ki, Mask investor Ron Baron ilə müsahibədən demokratlardan niyə ayrıldığını izah etdiyi bir parçanı şərh edib: “Ron Demokratlar Partiyasını tərk etdi, çünki onlar o qədər sola gediblər ki, xalqla əlaqəni itiriblər. Məhz buna görə də onlar bu seçkidə belə pis uduzdular”.
Qeyd edək ki, “Baron Capital”ın qurucusu Ron Baron Tesla-nın elektrikli avtomobil biznesinin erkən dəstəkçisi idi.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta