AZ

"Qarabağ"ın rəqibinin prezidentindən İDDİALI AÇIQLAMA

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Lion"un sahibi Con Tekstor klubun gələcəyindən danışıb.

İdman.biz xəbər verir ki, amerikalı bizesmen komandanın aşağı liqaya düşəməyəcəyini açıqlayıb.

Fransa mətbuatına danışan Tekstor maliyyə problemlərini həll edəcəklərini bildirib: "Bütün dünyaya deyirəm: biz aşağı yuvarlanmayacağıq. Biz layihəmizə optimist yanaşırıq. Səhmdarlarımızın pulları var. Heç kim klubun aşağı liqayada düşməsinə imkan verməyəcək".

"Lion" borclar üzündən ciddi sanskiyalarla üzləşib. Klub təxminən 500 milyon avroluq borcları ödəməsə aşağı liqaya göndərilə və transfer qadağaları ilə üzləşə bilər.

Qeyd edək ki, "Qarabağ"la "Lion" arasında oyun noyabrın 28-də Bakıda keçiriləcək.

İdman.biz

Seçilən
37
1
idman.biz

2Mənbələr