AZ

Gürcüstanda MSK rəhbərinə hücum olub

Gürcüstanın Daxili İşlər Nazirliyi Mərkəzi Seçki Komissiyasının rəhbəri Giorgi Kalandarişviliyə hücumla bağlı qəsdən sağlamlığa az ağır zərər vurma maddəsi ilə cinayət işi açıb.

hakimiyyet.az xəbər verir ki, bu barədə "Sputnik" məlumat yayıb.

Gürcüstan DİN-in məlumatına görə, "Vahid Milli Hərəkat" partiyasının nümayəndəsi David Kirtadze Mərkəzi Seçki Komissiyasının yekun iclasında Kalandarişvilinin üzərinə naməlum qara maye töküb.

Qeyd olunur ki, insident noyabrın 16-da parlament seçkisinin nəticələrinə yekun vurulan iclasda baş verib.

MSK sədri gözündən zədə alıb və bundan sonra o, mətbuat üçün brifinqi davam etdirə bilməyib.

Gürcistan'da muhalefet temsilcisi, Merkez Seçim Komisyonu Başkanı'nın yüzüne siyah boya fırlattı ve sonrasında ortalık karıştı#Gürcistan #SonDakika #seçimkomisyonu #seçim #dünyahaberleri #sonhaberler pic.twitter.com/wduNsTYzQs

— Türk Dünyası Haberleri (@oxuazturkce) November 16, 2024

Seçilən
19
1
hakimiyyet.az

3Mənbələr