AZ

"ADY Express" işçi axtarır - VAKANSİYA

ADY Express

Hüquqşünas

Son tarix 16 dek 2024 - [email protected]

Vəzifə öhdəlikləri:

  • Cəmiyyətdə Azərbaycan Respublikasının qanunvericilik aktlarının eyni qaydada və düzgün tətbiq edilməsini, təşkilatın qanuni mənafeyini və hüquqlarının müdafiəsini təmin etmək;
  • Qanunvericilik aktlarının layihələrinin hazırlanmasında iştirak etmək, rəy və təkliflər vermək;
  • Normativ hüquqi təminat, hüquqi təhlil, sahə üzrə ekspertiza işlərinin aparılmasını, təşkilini və təkmilləşdirilməsini təmin etmək;
  • Şirkətdə yeni istiqamətlərin və yeni bölmələrin qurulmasında iştirak etmək;
  • Qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəmələrdə iddiaçı, cavabdeh, maraqlı və üçüncü şəxs qismində iştirak etmək;
  • MMC-də qanunvericiliyin, hüquqi aktların düzgün tətbiq olunması üçün metodiki köməklik göstərmək;
  • MMC-nin struktur bölmələri, onların əməkdaşları tərəfindən xidməti vəzifələrin və funksiyaların icrası zamanı vətəndaşların, sahibkarlıq subyektlərinin hüquq və qanuni mənafelərinin pozulması hallarının qarşısının alınması ilə bağlı qabaqlayıcı tədbirlərə dair müvafiq təkliflər vermək;
  • Vətəndaşların və sahibkarların hüquqlarının pozulduğu hallarda qanunvericiliyə uyğun tədbirlər görmək, onların hüquq və qanuni mənafelərinin gözlənilməsinə dair təkliflər vermək;
  • Öz səlahiyyətləri çərçivəsində MMC-nin struktur bölmələrinin əməkdaşlarının hərəkətləri (və ya hərəkətsizliyi) barədə şöbəyə vətəndaşlardan, sahibkarlıq subyektlərindən, dövlət və qeyri-dövlət orqanlarından, habelə Cəmiyyətin struktur bölmələrindən daxil olmuş təqdimatlar və müraciətlər üzrə qanunvericiliyə uyğun tədbirlərin görülməsini təmin etmək;
  • Fəaliyyət istiqamətinə uyğun olaraq rəylər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq;
  • Qanunvericiliyə uyğun olaraq rəhbərlik tərəfindən təsdiq edilməsi (imzalanması) üçün əmr və sərəncamların, eləcə də daxili qaydaların layihələrinin hazırlanmasını təmin etmək;
  • Öz səlahiyyətləri çərçivəsində qanunvericiliklə müəyyən olunmuş qaydada vətəndaşlardan, müəssisə, idarə və təşkilatlardan daxil olan müraciətlərə vaxtında baxmaq və öz səlahiyyətləri çərçivəsində onları həll etmək;
  • MMC-nin fəaliyyəti ilə bağlı formalaşan hüquqi sənədlərin və müqavilələrin reyestrini hazırlamaq;
  • Öz səlahiyyətləri çərçivəsində MMC tərəfindən müqavilələrin hazırlanmasında, bağlanılmasında iştirak etmək, müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək, fəaliyyətləri üzrə hesabatlar almaq, ümumiləşdirmək və icrasına nəzarət etmək;
  • MMC müxtəlif təşkilatlar arasında bağlanacaq müqavilələrin layihələrinin mövcud qanunvericiliyə uyğun hazırlanmasını təmin etmək və imzalanmaq üçün rəhbərliyə təqdim etmək;
  • Rəhbərlik tərəfindən verilən əmr, sərəncam və göstərişləri vaxtında icra etmək;
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq arayış, məlumat və hesabatların hazırlanmasını təmin etmək;
  • MMC-nin bölmələri ilə birgə fəaliyyət göstərmək;

Namizədə dair tələblər:

  • Ali təhsil: müvafiq sahə üzrə
  • İş stajı: 3 il
  • Dil biliyi: Rus dili (sərbəst), ingilis dili (yaxşı). (Dil bilikəri mütləqdir)
  • Rəqəmsal bacarıqlar: MS office (orta səviyyə) 
  • Azərbaycan Respublikası Əmək qanunvericiliyi, Azərbaycan Respublikası Mülki qanunvericiliyi, Beynəlxalq müqavilələrin hazırlanmasına dair aidiyyəti sənədlər, Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər, Elektron informasiya sistemindən istifadə qaydaları
  • Yazılı ünsiyyət, təqdimat, əlaqələndirmə, diqqətlilik, sövdələşmə, tənqidi düşünmə bacarıqları 

İş qrafiki:

  • 5 günlük 
  • İş saatı: 09:00-18:00
  • Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
  • İş yeri: Bakı şəhəri, Xətai rayonu, Xocalı pr-ti 13 A, Xətai Plaza

Əlavə üstünlüklərimiz:

  • Könüllü tibbi sığorta;
  • Nahar ilə təmin edilmə;
  • Korporativ mühit, peşəkar təcrübə qazanma imkanı 

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Hüquqşünas” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.

Seçilən
20
fed.az

1Mənbələr