AZ

Abxaziyada meydana çəlləklər gətirildi - Video

Abxaziyada hökumət binaları kompleksində olan etirazçılar cümə günündən bəri dağılmayıb.

Axar.az xəbər verir ki, bu barədə TASS-ın hadisə yerindən müxbiri məlumat yayıb.

Bildirilib ki, kəskin soyuqlar səbəbindən “parlament”in və “prezident administrasiyası”nın qarşısındakı meydanlara dəmir çəlləklər gətirilib və orada isinmək üçün ocaq qalanıb.

Gün ərzində insanlara yemək, isti çay, kofe və digər içkilər gətirilir. Etirazçılar arasında həm kişilər, həm qadınlar, həm də çoxlu gənc var.

"Biz təmizliyi və nizam-intizamı qorumağa çalışırıq. Bu səhər biz bütün mərtəbələrdə dünənki hadisələrdən sonra zibilləri yığışdırmaq üçün adamlar çağırdıq. Sabah səhər yenə təmizlik işləri aparılacaq” ", - aksiya iştirakçılarından biri deyib.

Qeyd edək ki, Abxaziyada baş verən aksiyalar səbəbindən qondarma respublikanın “prezidenti” Aslan Bjaniya Suxumidən qaçıb və öz doğma kəndinə - Tamışa sığınıb.

Seçilən
28
axar.az

1Mənbələr