AZ

Estoniyanın kapitanı: "İkinci hissədə bərbad oynadıq"

"Ağır oyun oldu. Birinci hissədə kifayət qədər yaxşı çıxış etdik, amma ikinci hissədə bütün göstəricilərdə uduzduq".

İdman.biz xəbər verir ki, bunu Estoniya yığmasının kapitanı Karol Mets deyib.

O, Millətlər Liqasının 5-ci turunda Qəbələdə Azərbaycan yığması ilə oyunda qeydə alınan 0:0 hesablı nəticənin onları tam qane etdiyini bildirib: "Biz nəticəyə oynayırdıq və əsas hədəfimiz xal qazanmaq idi. Qrupdakı vəziyyətini nəzərə alsaq biz C Liqasında qaldıq. Amma ikinci hissədəki oyunumuz tənqidəlayiqdir. Hətta çox bərbad olduğunu deyə bilərəm. Biz topu çox tez itirirdik. Bundan sonra rəqib təzyiqi artırır və bu, onlara özünəgüvə verirdi".

Qeyd edək ki, Azərbaycanda heç-heçəyə nail olan Estoniya 4 xal toplayıb. Millimizi 3 xal qabaqlayan estonlar son turun nəticələrindən asılı olmayaraq, qrupu 3-cü pillədə başa vuracaqlar.

İdman.biz

Seçilən
45
idman.biz

1Mənbələr