Bakı. Trend:
Böyük Britaniyanın Baş naziri Key Starmerin çıxışı zamanı Uelsdəfermerlər traktorlarla kütləvi aksiya keçiriblər.
Trend xəbər verirki, bu barədə Sky News məlumat yayıb.
Fermerlərin etirazına səbəb Starmer hökumətinin hakimiyyətəgəldikdən sonra dəyəri 1 milyon funt sterlinqdən çox olan mirasqalmış kənd təsərrüfatı torpaqlarına 20% vergi tətbiq etməyinəzərdə tutan qanun layihəsini elan etməsi olub. Təklif olunanvergi qanunu qəbul edilərsə, bu, ölkədəki fermerlərin təxminən üçdəikisinə təsir göstərəcək.
Etiraz aksiyası Uelsin şimalındakı Llandudno şəhərində, İşçiPartiyasının konfransının keçirildiyi binanın yaxınlığında baştutub. Aksiyada yüzlərlə insan iştirak edib və onların əksəriyyətikənd təsərrüfatı texnikası ilə etiraz meydanına gəlib.