AZ

“Ağ ölüm”ə qarşı birlikdə mübarizə aparaq!

Bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizə bu gün xüsusilə aktual xarakter daşıyır. Narkomaniya əleyhinə aparılan tədbirlər hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olmuş, onların gücləndirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Bu istiqamətdə görülən tədbirlərin gücləndirilməsi və koordinasiyası məqsədilə yaradılmış Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının fəaliyyəti xüsusi qeyd olunmalıdır.

Respublika əhalisi və xüsusilə gənclər üçün böyük təhlükə mənbəyi olan «ağ ölümə» qarşı həyata keçirilən genişmiqyaslı tədbirlər Səbail rayonunda gündəlik və daimi xarakter daşıyır.

Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısının müvafiq sərəncamı ilə RİH-də yaradılmış Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasına Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, Səbail rayonu üzrə gənclər və idman sektorunun nümayəndələri daxil edilmişdir. Təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Komissiyada mütəmadi olaraq narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı rayonda görülən işlər müzakirə olunur, hüquq-mühafizə orqanları tərəfindən qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin ləğv olunması həyata keçirilir, məktəblilər, yeniyetmələr, şagird və tələbələr arasında maarifləndirmə işlərinə xüsusi diqqət ayrılır.

Komissiyanın təşkilatçılığı ilə rayonun ali və orta məktəblərində mütəmadi olaraq narkomanlığa, yeniyetmə və gənclər arasında müxtəlif zərərli vərdişlərin yayılmasının əleyhinə kütləvi tədbirlər təşkil olunur. Bu maarifləndirici tədbirlərdə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun üzvlərinin, aidiyyəti nazirlik və komitələrin nümayəndələrinin, Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının, həkim-narkoloqların, həmçinin rayonun bütün ali və orta təhsil müəssisələrinin rəhbərlərinin, şagird və tələbələrin, ağsaqqalların və din xadimlərinin, bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı təmin olunur. Tədbirlərdə narkomaniyanın yeniyetmə və gənclər üçün necə təhlükəli və qorxulu bir bəla olduğundan və son illər ərzində Səbail rayonunda narkomaniya ilə bağlı aparılan profilaktiki tədbirlər barədə məlumat verilir, qısametrajlı filmlər və videoçarxlar nümayiş etdirilir.

Səbail Rayon İcra Hakimiyyətinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının tədbirlər planına uyğun olaraq 2024-cü ilin ötən dövründə ümumilikdə 21 tədbir keçirilmişdir.

Qeyd olunan dövr ərzində rayon Komissiyası üzvlərinin və Səbail Rayon Polis İdarəsinin məsul əməkdaşlarının iştirakı ilə 91, 329, 50, 49, 163 saylı orta məktəblərdə “Səbailli gənclər “ağ ölüm”ə yox deyir!” və 162, 7, 6, 2, 51 saylı orta məktəblərdə "Gənclər narkotikə yox deyir!" mövzusunda maarifləndirici tədbirlər, ali və orta ixtisas məktəblərdə isə dəyirmi masalar, treninq-seminarlar təşkil olunmuşdur.

26 İyun- Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ərəfəsində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının təşkilatçılığı ilə narkomanlıqla mübarizə və narkomanlığın qarşısının alınması sahəsində maarifləndirmə, təbliğat-təşviqat tədbirləri keçirilmişdir. Bu tədbirlər çərçivəsində “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə və bu sahədə qarşıda duran vəzifələr” mövzusunda videokonfrans təşkil edilmişdir.

Səbail Rayon İcra Hakimiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Səbailli gənclər “ağ ölüm”ə yox deyir!” mövzusunda konfrans keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini, Səbail RİHBA-nın, Səhiyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin məsul əməkdaşları, mətbuat nümayəndələri, pedaqoji işçilər və tələbələr iştirak etmişlər.

Səbail Rayon İcra Hakimiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasında “Narkomanlığa qarşı mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndələri, Səbail Rayon Polis İdarəsinin əməkdaşları, Bakı Narkoloji Mərkəzinin həkim-narkoloqu, Səbail RİHBA-nın əməkdaşları, mətbuat nümayəndələri, pedaqoji işçilər və tələbələr iştirak etmişlər.

Narkomanlıqla bağlı hüquq pozmalara meyilli olan yetkinlik yaşına çatmayanlar və gənclər rayon Polis idarəsində qeydiyyata alınaraq idarənin əməkdaşları tərəfindən nəzarətdə saxlanılırlar. Onlarla müvafiq işlərin aparılması, onların maarifləndirilməsi üçün hüquq-mühafizə orqanları, yerli bələdiyyələr, təhsil işçiləri və RİH-də fəaliyyət göstərən müvafiq komissiyalar tərəfindən tədbirlər görülür.

Narkomaniyaya qarşı aparılan işlərin əsas istiqamətlərindən birinin yeniyetmələrin asudə vaxtlarından səmərəli istifadə edilməsi olduğundan həyata keçirilən təbliğati işlərlə yanaşı, rayonda yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi, onların asudə və istirahət vaxtlarının səmərəli təşkili, idmana olan marağının artırılması istiqamətindəki işlərə ciddi fikir verilir. Hərbi-vətənpərvərlik, idman yarışları, intellektual oyunlar və bilik yarışmaları və s. çoxsaylı maraqlı tədbirlər təşkil olunur və bu tədbirlərə daha çox yeniyetmə və gənclərin cəlb olunması təmin edilir. Eyni zamanda Səbail rayonu üzrə gənclər və idman sektoru tərəfindən rayon məktəbliləri üçün müxtəlif idman növləri üzrə yarışlar, yay aylarında məhəllələrarası mini futbol yarışları, 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı kütləvi tədbirlər təşkil olunmuş, bu tədbirlərdə yeniyetmə və gənclərin iştirakı təmin edilmişdir.

Keçirilən tədbirlər barədə materiallar kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılır və bu məlumatlar RİH-nin internet saytında yerləşdirilir.

Rayon Komissiyası və komissiyanın işində iştirak edən qurumlar öz fəaliyyətlərində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu ilə mütəmadi əlaqə qurur, tövsiyə və təlimatlar alınır, İşçi Qrupunun nümayəndələri rayonda keçirilən tədbirlərə dəvət edilir.

Bu istiqamətdə işlər tərəfimizdən davam etdirilir.

Eldar Ağayev,
Səbail RİH başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Bakı Şəhəri Səbail Rayon Komissiyasının sədri

Seçilən
49
ikisahil.az

1Mənbələr