Bakı. Trend:
Macarıstan milli komandasının məşqçilər heyətinin üzvü MillətlərLiqasının elit divizionunun 3-cü qrupunda Hollandiya ilə keçirilənmatç zamanı huşunu itirib.
Trend xəbər verirki, hadisə Amsterdamda baş tutan oyunun yeddinci dəqiqəsində başverib. Futbolçular dərhal məşqçinin ətrafına toplaşıb və təciliyardım göstərilib.
Macarıstan Futbol Assosiasiyasının açıqlamasına əsasən, huşunuitirən şəxs daha əvvəl millinin futbolçusu olmuş Adam Szalai olub.O, hadisədən sonra təcili olaraq Amsterdamdakı xəstəxanayaaparılıb.
Müvafiq tibbi müdaxilədən sonra matç davam etdirilib. AdamSzalai ilə bağlı əlavə məlumatın veriləcəyi gözlənilir.