AZ

"New Yorker" mağazalar şəbəkəsinin yaradıcısı vəfat edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Alman milyarder və sahibkar, məşhur "New Yorker" geyim şəbəkəsinin qurucusu və rəhbəri Fridrix Knapp 73 yaşında vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Tagesschau" portalı məlumat yayıb.
"Bild" qəzetinin verdiyi məlumata görə, ictimaiyyət qarşısına nadir hallarda çıxan Knapp İsveçrədə uzunmüddətli müalicədən sonra ötən həftə getdiyi Zült adasında dünyasını dəyişib. Onun təxminən bir il əvvəl ağır xəstəliyə tutulduğu bildirilib.
Qeyd edək ki, Knapp 47 ölkədə 1200-dən çox mağazadan ibarət moda imperiyası yaradıb. Hazırda "New Yorker"in təxminən 23 min nəfər işçisi var.
Seçilən
32
50
oxu.az

10Mənbələr