AZ

UEFA Millətlər Liqası: Almaniya yeddi qolla qalib gəldi

UEFA Millətlər Liqasında V turun son oyunları başa çatıb.

seher.media xəbər verir ki, A Liqasının III qrupunda lider Almaniya autsayder Bosniya və Herseqovinanı sınağa çəkib.

Meydan sahibləri qonaqlara rəhm etməyiblər - 7:0. Florian Virtz dublla yadda qalıb.

Bu nəticədən sonra almanlar 13 xalla qrupda liderliyini möhkəmləndiriblər. Cəmi 1 xalı olan Balkan təmsilçisinin isə aşağı liqaya düşəcəyi dəqiqləşib.

Digər qarşılaşmalarda Çexiya səfərdə Albaniya ilə qolsuz sülh bağlayıb.

Slovakiyanı qəbul edən İsveç isə 2:1 hesabı ilə üstün olub.

Seçilən
31
2
seher.media

2Mənbələr