AZ

Tramp ABŞ-nin energetika naziri vəzifəsinə Kris Raytın namizədliyini irəli sürəcək

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp energetika naziri postuna “Liberty Energy” neft şirkətinin rəhbəri Kris Raytın namizədliyini irəli sürəcək.

Tramp bu barədə bəyanat yayıb.

“Kris Raytın ABŞ-ın Energetika Naziri və yeni yaradılmış Milli Enerji Şurasının üzvü kimi mənim administrasiyama qoşulacağını bildirməkdən məmnunam”, - bəyanatda deyilir.

Tramp əlavə edib ki, ABŞ-ın yeni Enerji Şurasına daxili işlər naziri vəzifəsinə namizədliyi irəli sürülmüş milyarder Daq Berqum da daxil ediləcək.\APA 

Seçilən
44
7
musavat.com

10Mənbələr