AZ

COP for Hope: COP29-da artıq mühüm nəticələr əldə edilib — İsrailin iqlim dəyişikliyi üzrə xüsusi elçisi (ÖZƏL MÜSAHİBƏ) (FOTO)

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Budəfəki müsahibimiz İsrailin iqlim dəyişikliyi vədayanıqlı inkişaf üzrə xüsusi elçisi, səfir QideonBehardır.

Qideon Behar COP29 çərçivəsində Trend-ə özəl müsahibəsində konfransınçox uğurla keçdiyini qeyd edib.

“Biz artıq konfransın ilk günündə karbon bazarları ilə bağlı6.4-cü maddə üzrə sazişin imzalanması ilə mühüm bir nailiyyətinşahidi olduq. Azərbaycanın bu uğurdakı rolunu və 200-dək ölkəninnümayəndələrinə göstərilən misilsiz qonaqpərvərliyi yüksəkqiymətləndiririk”, - deyə səfir bildirib.

Səfir Q.Behar COP29 çərçivəsində səmərəli maliyyə mexanizmininqəbul olunacağına ümid etdiyini bildirib və xüsusilə inkişafetməkdə olan və kiçik ada dövlətləri üçün iqlimmaliyyələşdirilməsinin artırılmasının zəruriliyini vurğulayıb.

“Bu il müşahidə tarixində ən isti il, son on il isə ən isti dövroldu. İndi hərəkət etməliyik. Biz bu konfransda iqlimdəyişikliyinin təsirlərinin yumşaldılması və karbon bazarlarımexanizminin tamamlanması ilə bağlı qərarlı addımlara ümid edirik”,- deyə o qeyd edib.

Səfir ölkələri, çoxtərəfli inkişaf banklarını, beynəlxalqmaliyyə sistemlərini və özəl sektoru kollektiv hərəkətə çağırıb.İsrailin innovasiya sahəsindəki töhfələrini vurğulayaraq, sutəchizatı, kənd təsərrüfatı, qida təhlükəsizliyi və bərpa olunanenerji sahələrində qabaqcıl həllər təqdim edən 20 startapınCOP29-da nümayiş olunduğunu bildirib.

“İsrail startaplarından biri havadan su istehsal edir, digəriisə qeyri-keyfiyyətli kənd təsərrüfatı məhsullarını emal edərək,tullantıların və bağlı emissiyaların qarşısını alır. Üçüncü isəatmosferdən karbon dioksidi tutmaq üçün bataqlıq əraziləri bərpaedir”, - deyə o izah edib.

Qideon Behar İsraillə Azərbaycanın su ehtiyatlarının idarəolunması, bərpa olunan enerji və kənd təsərrüfatı innovasiyalarısahəsində güclü əməkdaşlığını vurğulayıb.

“İsrailin “Mekorot” şirkəti Azərbaycan hökumətinə məsləhətlərverir, həmçinin, Təl-Əviv Texnion İnstitutunun filialı buradafəaliyyət göstərir”, - deyə əlavə edib.

Səfir İsrail və Azərbaycan arasında iqlim təhsili sahəsindəAnlaşma Memorandumunun imzalandığını bildirib. Bu proqramməktəbliləri iqlim dəyişikliyi mövzusunda maarifləndirmək məqsədidaşıyır və regional səviyyədə genişləndirilə bilər.

“Bu əməkdaşlıq ölkələrimizin yaxın dostluğunu və ittifaqını əksetdirir, biz bu əlaqələri daha da dərinləşdirməyi planlaşdırırıq”,- o vurğulayıb.

Q.Behar İsrailin iqlim böhranına qarşı ən güclü töhfəsinininnovasiyalar olduğunu qeyd edib.

“İsraildə iqlim texnologiyaları sahəsində çalışan təxminən 1 300şirkət və startap mövcuddur. Onlar karbonun tutulması, enerjieffektivliyinin artırılması və su ehtiyatlarının idarə edilməsiüçün həllər təklif edir. Bu istiqamətlərdə Azərbaycanla əməkdaşlığımöhkəmləndirməyi ümid edirik”, - o bildirib.

Səfir iqlim böhranının təxirəsalınmaz olduğunu vurğulayıb.

“Bu, həlledici onillikdir. Əgər indi hərəkət etməsək, geri dönüşnöqtəsinə çata bilərik. Emissiyaların azaldılması, bərpa olunanenerji mənbələrinə keçid, iqlim maliyyələşdirilməsinin artırılmasıvə innovasiyalara investisiya yalnız ekoloji zərurət deyil, həm dəinkişaf və əməkdaşlıq üçün bir fürsətdir”, - Qideon Behar əlavəedib.

COP
COP
COP
COP
Məqalədə:
Seçilən
62
3
az.trend.az

3Mənbələr