AZ

Rusiyada güclü zəlzələ oldu


Kamçatkanın şərq sahillərində gecə saatlarında 5,5 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Kamçatka filialının məlumatına görə, seysmik hadisənin ocağı 47,6 kilometr dərinlikdə yerləşib.

Petropavlovsk-Kamçatskidə hiss edilən yeraltı dalğaların intensivliyi üç bal olub.

Bölgədə sunami təhlükəsi elan olunmayıb və dağıntılar barədə məlumat daxil olmayıb.



Seçilən
78
7
news24.az

10Mənbələr