AZ

“Qarabağ” revanş arzusunda

Qadın həndbolçulardan ibarət “Qarabağ” klubu bu gün növbəti avrokubok oyununu keçirəcək.

İdman.biz xəbər verir ki, təmsilçimiz Avropa kubokunun 3-cü mərhələsinin cavab matçına çıxacaq.

“Qarabağ” Ukrayna təmsilçisi “Qaliçanka”nı qəbul edəcək. Matç “Kür” Olimpiya İdman-Tədris Mərkəzində baş tutacaq.

Bir gün əvvəl eyni məkanda qonaq qismində çıxan Azərbaycan klubu revanş almağa çalışacaq. “Qarabağ” 1/8 finala adlamaq üçün 13 topluq fərqi aradan qaldırmaq kimi çətin vəzifənin öhdəsindən gəlməlidir.

Qeyd edək ki, dünən keçirilən görüşdə Ukrayna klubu 33:20 hesabına sevinib.

Avropa kuboku
3-cü mərhələ, cavab oyunu
17 noyabr
12:00. “Qarabağ” (Azərbaycan) – “Qaliçanka” (Ukrayna)

“Kür” Olimpiya İdman-Tədris Mərkəzi
İlk oyun – 20:33

İdman.biz

Seçilən
72
idman.biz

1Mənbələr