AZ

ABŞ-da meymun çiçəyinin ağır ştammına ilk yoluxma halı aşkar edilib

ABŞ-da meymun çiçəyinin ağır ştammına ilk yoluxma halı qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Kaliforniya Səhiyyə Departamentinin məlumat yayıb.

“Bu hadisə Birləşmiş Ştatlarda qeydə alınıb. Ehtimal edilir ki, virus Afrikadan bu yaxınlarda gəlmiş bir şəxsdə aşkar edilib. Bu xəstəlik mərkəzi və şərqi Afrikada davam edən I qrup meymun epidemiyası ilə bağlıdır", bəyanatda deyilir.

Departament onu da bildirib ki, ABŞ-a daxil olmuş bu təhlükə daha ağır xəstəliyə səbəb olur. ABŞ-ın yerli mediasının bildirdiyinə görə, gərginlik yaratsa da, hazırkı epidemiya əvvəlkilərdən daha asan müalicə edilə bilər.

Qeyd edək ki, bundan əvvəl Böyük Britaniyada meymun çiçəyi ştammına iki yeni yoluxma halı müəyyən edilib. Əhali üçün riskin “aşağı olaraq qaldığı” qeyd edilib.

Seçilən
42
4
apa.az

6Mənbələr