"Liverpul"un misirli hücumçusu Məhəmməd Salah hansı futbolçuları özünə örnək saydığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Liverpul"un rəsmi saytı onun dediklərini belə çatdırıb:
"Braziliyalı Ronaldonun, eləcə də Zidan və Tottinin oyununu xoşlayıram. Kriştianu Ronaldu da Avropada oynamağa başlayanda mənim üçün nümunə olub. Onun futbol sevgisi adamı şoka salır. Öz sağlamlığının qeydinə qaldığı hiss olunur. Ronaldunun imza atdığı uğurlar hər şeyi deyir.
Gənc olanda bu oyunçulara baxır, onlara bənzəmək, onlarla heç olmasa, bir dəfə birlikdə oynamağı arzulayırdım... Totti ilə "Roma"da iki il oynadım. Ona xüsusi simpatiyam var idi. Totti həmişə yadımda əla texnikaya malik futbolçu, çox yaxşı insan kimi qalacaq. İnanılmaz dönəm idi".
Cari mövsüm bütün turnirlərdə 17 matça çıxan Salah 10 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti bu yay başa çatacaq.
Nihat