"Qarabağ"ın futbolçusu Marko Yankoviç və "Neftçi"nin oyunçusu Edvin Kuçun çıxış etdiyi Monteneqro millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.
QOL.az xəbər verir ki, komanda 5-ci turda İslandiyanı qəbul edib. Matç qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yankoviç start heyətdə meydana çıxıb və soan qədər oynayıb. O, matçın 58-ci dəqiqəsində sarı vərəqə alıb. Edvin Kuç isə 46-cı dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, 5 turdan sonra Monteneqro millisinin xalı yoxdur. İslandiya isə 7 xalla ikincidir. Qrupa 11 xalla Türkiyə yığması liderlik edir.