AZ

“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu

Gürcüstan təmsilçisi Andria Putkaradze “Uşaq Avroviziyası 2024”də birinci yeri tutub.

“Qafqazinfo” “Sputnik Georgia”ya istinadən xəbər verir ki, gürcü yarışmaçının mahnısı “To my mom” adlanır.

Qeyd edək ki, noyabrın 16-da Madriddə baş tutan builki müsabiqədə 17 ölkə iştirak edib.

Səhnədə İtaliya, Estoniya, Albaniya, Ermənistan, Kipr, Fransa, Şimali Makedoniya, Polşa, Gürcüstan, İspaniya, Almaniya, Niderland, San-Marino, Ukrayna, Portuqaliya, İrlandiya və Maltadan olan ifaçılar çıxış ediblər.

Seçilən
38
6
qafqazinfo.az

7Mənbələr