![](https://sportnet.az/uploads/posts/2024-11/medium/1731824250_ec7e62ec-ca8a-35a0-86cc-f893ed81e9f5_850.jpeg)
Bu gün qadın həndbolçulardan ibarət “Qarabağ” komandası Avropa Kubokunda növbəti oyununa çıxacaq.
Sportnet.az xəbər verir ki, təmsilçimiz turnirin III mərhələsində Ukraynanın “Qaliçanka” komandası ilə cavab matçında üz-üzə gələcək.
Mingəçevir şəhərindəki “Kür” Olimpiya İdman Tədris Mərkəzində təşkil olunacaq qarşılaşma saat 12:00-da start götürəcək.
Qeyd edək ki, ötən gün baş tutan ilk görüş rəqibin qələbəsi ilə yekunlaşıb – 33:20.