AZ

Parlament Görüşünün 2-ci günündə iqlim fəaliyyətinə hərtərəfli yanaşmanın təşviqi müzakirə edildi

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşünün ikinci günündə iqlim fəaliyyətinə hərtərəfli və ədalətli yanaşmanın təşviqi müzakirə edilib.   Manset.az xəbər verir ki, sessiyada çıxış edən Beynəlxalq İnkişaf Hüquq Təşkilatının (IDLO) Baş Direktoru Jan Biql deyib ki, iqlim dəyişikliyindən hər bir ölkə eyni formada təsirlənmir: "Bizim məqsədimiz iddialı iqlim tədbirlər görməklə insanları səlahiyyətləndirməkdir. Ədalət və inklüziv qərar verməni təşviq etməkdir. Parlamentarilərin də rolu burada vacibdir". Onun sözlərinə görə, iqlim dəyişikliyindən həmçinin qadınlar da çox təsirlənir: "Biz qadın fermerləri dəstəkləməklə kənd təsərrüfatı məhsullarını artıraraq icma dayanıqlılığını artıra bilərik. Qadınların da burada rolu artırılmalıdır. Parlamentarilər ilk növbədə iqlim qanunvericiliyini dəstəkləmək üçün çalışmalıdırlar". İnteqrasiya edilmiş Dağların İnkişafı üzrə Beynəlxalq Mərkəzin (ICIMOD) Regional Fəaliyyət və Qlobal Təbliğat üzrə Strateji Qrupun rəhbəri David Potter iqlim dəyişikliyinin təsirlərindən bəhs edərək qeyd edib ki, daşqınların sayının artması, quraqlıqların olması insanların yaşadıqları əraziləri tərk etməyə məcbur olduğuna diqqət çəkib: "Bu eyni zamanda gənclərə də təsir edir. Bəzən valideynlər övladlarının daha rahata yerə göndərirlər, nəticədə övladlar valideynlərindən uzaq düşür". Benin Milli Assambleyasının üzvü Jeremie Adomahou çıxışı zamanı iqlim dəyişikliyinin həlli üçün siyasi iradənin önəminə toxunub: "Biz həmçinin layihə və planlar yaratmalıyıq. Eyni zamanda qarşıya qoyduğumuz məqsədləri publik siyasətə çevirməliyik. Bizim büdcəmiz iqlimə həssas olmalıdır". BMT-nin İnkişaf Proqramının iqlim dəyişmələri üzrə eksperti Ketrin Vonq Əvvəlki illər müqayisədə temperatur və, müharibələr artıb: "Münaqişələrdən əziyyət çəkən ölkələr iqlim dəyişikliyindən də əziyyət çəkirlər. Bu da onu göstərir ki, iqlimə təsirlər gündən-günə artır. Münaqişələrdən əziyyət çəkən ölkələrdə çox böyük risklər mövcuddur. Bu da beynəxlalq və milli səviyyədə adaptasiya planlarını tətbiqini çətinləşdirir. Əsrin ortasında 200 milyondan çox insan iqlim dəyişikliyi səbəbindən məcburi köçkün olacaq. Bu say daha da çox ola bilər". Sonda sessiyada iştirak edən qonaqlar mövzu ətrafında müzakirələr aparıb.

 

Seçilən
72
4
manset.az

8Mənbələr