AZ

Azərbaycanda bu məhsul bolluq dövrünü yaşayır - tonlarla tədarük edilir

İmişlinin Şahverdili kəndində xurma bağlarından məhsul yığımı sürətlə davam edir.

Bakuinfo.net-in Xəzər TV-yə istinadən verdiyi məlumata görə, kənddə təsərrüfatların 90 faizindən çoxunda xurma ağacları mövcuddur.

Kənd sakini Nəbi Vəliyev bildirir ki, bağlarda müxtəlif növ xurma yetişdirilir. "Şişburun" növü mövcud olsa da, alıcılar içi qara olan xurmaya daha çox üstünlük verirlər.

Hazırda məhsul bol, qiymətlər isə münasibdir. Xurmanın kiloqramı pərakəndə 90 qəpik, topdan isə 40 qəpiyə satılır. Məhsul əsasən yerli bazarlara göndərilsə də, xaricdən də sifarişlər alınır.

Fermerlərin sözlərinə görə, bu il məhsuldarlıq ötən illərdən daha yüksək olub. Bunun səbəbi xurma bağlarında xəstəlik və ziyanvericilərin demək olar ki, olmamasıdır.

Şahverdili kəndində hər il 200-dən çox təsərrüfatdan 300 tondan artıq xurma tədarük edilir. Bu il də məhsul bolluğu kənd təsərrüfatına müsbət töhfə verib.

Seçilən
22
bakuinfo.net

1Mənbələr