Qazaxıstanın Akmola vilayətində keçmiş məsciddə qazın partlaması nəticəsində 3 nəfər həlak olub.
Bu barədə Akmola vilayətinin Fövqəladə Hallar Departamentinin mətbuat xidməti məlumat yayıb.
Akmola vilayətində, Korqajin rayonunun Sabındı kəndində dəfn mərasiminin keçirildiyi keçmiş kənd məscidinin binasında qaz-hava qarışığı partlayıb, ardınca bina uçub.
Qeyd olunur ki, partlayış nəticəsində kişi, qadın və uşaq həlak olub.
Daha 16 nəfər xəstəxanaya yerləşdirilib.
Noyabrın 9-da səhər saatlarında Pyatiqorskdakı Kurortnıy yaşayış kompleksində qaz partlaması, ardınca isə yanğın baş verib. Faktla bağlı cinayət işi başlanıb . Hadisə nəticəsində 3 nəfər yaralanıb.
DOĞRU.AZ