AZ

Bu pulları havanı çirkəndirlənlər verməlidir - İranlı ekoloq

Atmosferi karbon emissiyaları ilə çirkəndirənlər prosesdə iştirak etmirlər. Bunu İrandan olan ekoloq Somaya Rafiei Bakıda COP29 beynəxalq tədbirində çıxışı zamanı deyib.

"İranda bütün sahələr insanlar üçün bərabər paylanıb. Amma bütünlüklə maliyyə mexanizmləri hazırlanmalıdır. Mən bu tədbirdə atmosferi korlayan ölkələri görmədim. Maliyyə ilə bağlı danışıqlar çoxdur,amma konkretlik yoxdur. Bu pulları atmosferi korlayan ölkələr verməlidir",- o bildirib.

Ekoloq çıxışında İsrailin Qəzzaya hücumunu pisləyərək bildirib ki, müharibənin dəhşətli nəticələrindən heç kim sığortalanmır. 

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşünün ikinci günü keçirilir.
 
Gülnar Nazimqızı

www.anews.az
Seçilən
16
anews.az

1Mənbələr