AZ

Azərbaycanlı nazirə “Qalatasaray”ın forması bağışlandı - FOTOLAR

ənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan tanınmış türkiyəli futbol mütəxəssisi Fatih Terimi qəbul edib.

Sportinfo.az xəbər verir ki, nazir ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə qonağa məlumat verib.

Görüş zamanı iki qardaş ölkədə futbolun hazırkı vəziyyəti və uşaq futbolunun inkişafı yolları müzakirə edilib.

COP29 çərçivəsində “Qarabağ”ın təşəbbüsü ilə təşkil olunacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansın yaradılması ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə “Qalatasaray”ın 2-ci prezidenti İbrahim Hatipoğlu, “Qalatasaray” FK-nın İdarə Heyətinin üzvü Emin İmanov, Fatih Terimin köməkçisi Eray Sözən, “Qarabağ” FK-nın baş direktoru Əmrah Çelikəl və İdarə Heyətinin üzvü Asif Əsgərov da iştirak ediblər.

ferid-qayibov-fatih-terimle-gorusdu





Seçilən
31
sportinfo.az

1Mənbələr