AZ

Konte Simeone ilə bağlı qərarını verdi

"Napoli"nin hücumçusu Covanni Simeone İtaliya çempionatının daha bir təmsilçisinin maraq dairəsinə düşüb. 

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira yayıb. 

Mənbənin məlumatına görə, Neapol təmsilçisində ehtiyat oyunçu statusu ilə razılaşmayan argentinalı "Torino"dan gələn təklifi dəyərləndirmək istəyir. Lakin komandanın baş məşqçisi Antonio Konte 29 yaşlı forvardı ən azı mövsümün sonuna qədər komandada saxlamaq niyyətindədir. 

Simeone hazırkı A Seriyasında cəmi bir dəfə start heyətində görünüb, digər doqquz halda isə ehtiyat oyunçular skamyasından meydana çıxıb. O, 10 oyunda bir qol vurub. 

"Transfermarkt" futbolçunun transfer dəyərini 10 milyon avro qiymətləndirib.

Mirağa

Seçilən
9
fanat.az

1Mənbələr