AZ

Tribunadan atılan pivə qutusu məşqçinin başını yardı – Video


Azarkeşlərin atdığı pivə qutusu Meksika millisinin baş məşqçisi Xavyer Aqirrenin başını yarıb.
Yeniavaz.com
xəbər verir ki, hadisə Meksika millisi Millətlər Liqasının (CONCACAF) 1/4 finalında Hondurasa səfərdə 2:0 məğlub olduqdan sonra baş verib.
Aqirre matçdan sonra həmkarını təbrik etməyə gedərkən azarkeşlər ona müxtəlif əşyalar atıblar. Bu zaman pivə qutusu məşqçinin başına dəyib və onun başından qan axmağa başlayıb.
Meksika Futbol Federasiyası CONCACAF-dan hadisənin araşdırılmasını və tədbir görülməsini tələb edib.
Seçilən
45
1
yeniavaz.com

2Mənbələr