Teleaparıcı Kamilə Babayeva qızı Natella birlikdə Taylanda tətilə yollanıb.
OLAY yazır ki, bununla bağlı televiziya ulduzu instaqram səhufəsində məlumat yayıb.
Babayeva övladı ilə birgə minlərlə turistin axın etdiyi Phi-Phi adasına gedib.
Dəniz sahilində istirahətin dadını çıxaran ana-bala fotolar çəkdirməyi də unutmayıblar.
Kamilə qızı Natella ilə tətildən şəkillərini izləyiciləri ilə bölüşüb.
Aparıcı adanın əsrarəngiz təbiətini filmə bənzədib.