AZ

Azərbaycanlı tələbələr Rusiyanın sosial şəbəkələrini bir-birinə vurdu

Bir qrup azərbaycanlı tələbə Moskva universitetlərinin birində rusofob şüarlar səsləndirib.

“Cebheinfo.az” xəbər verir ki, belə iddia olunan görüntülər sosial şəbəkələrdə yayılıb. 

Sosial şəbəkələrdə və KİV-də əllərində Azərbaycan bayraqları olan bir qrup şəxsin Moskva Maliyyə-Hüquq Universitetində belə şüarlar səsləndirməsi barədə məlumatlar yayılıb. Eyni zamanda, universitetin mətbuat xidməti aksiyanın təhsil müəssisəsindən kənarda baş verdiyini, lakin rəhbərlik tərəfindən daxili araşdırmaya başladığı və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə əməkdaşlıq edildiyini bildirib.

“Baş verənlərin bütün hallarını aydınlaşdırmaq üçün Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsinin istintaq orqanları Cinayət Məcəlləsinin 205.2-ci maddəsi ilə cinayət işi açıb”,-deyə məlumatda deyilir.

“Rossiyskaya qazeta” yazır ki, görüntülərdə xarici bayraqlı bir qrup gənc rusofob şüarlar səsləndirir. Videonun Moskvanın aparıcı universitetlərindən birinin pilləkənlərdə lentə alındığı iddiası var. 

Seçilən
22
cebheinfo.az

1Mənbələr