AZ

Ramid Namazov: "Fransa hökuməti fransız polineziyasında 1966-1996-cı illərdə 193 nüvə testi aparıb"

"Fransa hökuməti fransız polineziyasında 1966 və 1996-cı illərdə 193 nüvə silahı testi aparıb. Bu da həmin ərazilərin çirklənməsinə gətirib çıxarıb. Bu fəaliyyət yerli icmanın da sağlamlığına ciddi şəkildə mənfi təsir göstərib".

Oxu.Az xəbər verir ki, bunu Bakıda COP29-un Yaşıl Zonasında keçirilən Parlament Görüşündə Milli Məclisin deputatı Ramid Namazov deyib.

O, panel iştirakçılarına problemin həlli ilə bağlı sual ünvanlayıb:

"Oxşar proses bütün kolonializm ərazilərində keçirilir. Ona görə də, həmin ərazilərdə iqlim strategiyaları həyata keçirilməlidir. Parlamentlərarası İttifaqı bu məsələnin həllində hansı rol oynaya bilər?"

Beynəlxalq İnkişaf Hüququ Təşkilatının Baş Direktoru Jan Biql isə suala cavab olaraq bildirib ki, bu kimi məsələlər konfransın yekun nəticəsində həllini tapacaq. Çünki ədalətli qanunların həlli birinci işimizdir. Biz burada həmin insanların təcrübələrini nəzərə almalı və buradakı parlamentarilər ölkələrinə qayıdandan sonra hökumətləri ilə danışaraq yekun sənəd əldə etməyə çalışmalıdırlar.

Mərahim Nəsib

Mənbə: oxu.az

Seçilən
62
2
oxu.az

3Mənbələr