AZ

Üç futbolçu yığmamızın heyətindən çıxarıldı

Millimizin heyətində dəyişiklik baş verib.

“Football-plus.az” xəbər verir ki, müdafiəçilər Elvin Cəfərquliyev, Rahil Məmmədov və yarımmüdafiəçi Mustafa Əhmədzadə heyətdən çıxarılıb.

Elvin cəzalı durumda, Rahil isə zədəlidi. Mustafa Əhmədzadə isə İsveçə şengen vizası ala bilmədiyi üçün heyətdən çıxarılıb.

Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda İsveçin qonağı olacaq. Noyabrın 19-da, "Strouberri Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 23.45-də başlayacaq.

Seçilən
47
football-plus.az

1Mənbələr