Azərbaycan Dəmir Yollarına (ADY) məxsus yollarda 2024-cü ilin yanvar-oktyabr aylarında qatar qarşısına qəfil insan və ya avtomobil çıxması nəticəsində 15 toqquşma baş verib, nəticədə 11 nəfər vəfat edib, 5 nəfər isə müxtəlif xəsarətlər alıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə ADY sosial şəbəkədə məlumat yayıb.
Bildirilir ki, hadisələrin əksəriyyəti piyada və sürücülərin diqqətsizliyi səbəbindən baş verib.
Mənbə: yenisabah.az