AZ

Bakıya qar yağacaq


2024-cü ilin qışı Azərbaycan üçün xüsusilə sərt keçəcəyi gözlənilir. Dünya Meteorologiya Təşkilatının verdiyi məlumata görə, bu mövsümdə temperatur normadan aşağı olacaq və bəzi bölgələrdə güclü qar yağışı və çətin hava şəraiti müşahidə ediləcək. 

İqlim dəyişikliyi ilə əlaqədar qış aylarında soyuq hava şəraitinə daha çox rast gəlmək mümkündür. Belə məqamda paytaxt sakinlərini maraqlandıran bir məqam var? Bu qış Bakıda güclü qar gözlənilirmi?

Yenisabah.az dekabr ayı üçün gözlənilən proqnozlara əsasən xəbər verir ki, Bakıda hava əsasən mülayim keçəcək. Gözləntilərə görə temperatur gündüzlər +10°C ilə +14°C arasında dəyişəcək, gecələr isə +7°C-yə qədər enə bilər.

Hazırda Bakı üçün uzunmüddətli hava proqnozlarında dekabr ayında qar yağması ehtimalı çox aşağı görünür. Bu şərtlər qar yağışı üçün uyğun deyil, lakin dekabr ayında əsasən yağışlı və buludlu günlər gözlənilir.


Seçilən
44
2
news24.az

3Mənbələr