"Aston Villa"nın keçmiş futbolçusu Mayls Sohna karyerasını bitirib.
QOL.az xəbər verir ki, 22 yaşlı müdafiəçi hər iki dizindəki çarpaz bağların yırtılması da daxil olmaqla üç ciddi zədədən sonra bu qərara gəlib.
Bununla bağlı sosial şəbəkə hesabında paylaşım edən futbolçu qeyd edib: “Məhz qarışıq hisslərlə zədələrə görə peşəkar futboldan getməyə qərar verdim. Bu, həqiqətən də indiyə qədər verməli olduğum ən çətin qərardır. Ancaq mütəxəssislə məsləhətləşmədən sonra məlum oldu ki, bu mənim sağlamlığım üçün ən yaxşı qərardır.
Son üç mövsüm həm psixoloji, həm də fiziki olaraq karyeramın ən çətin mövsümü olub. Ardıcıl iki mövsüm hər iki dizimdən ciddi zədə aldım. Sıraya qayıtmaq üçün çox çalışdım. Təəssüf ki, əməliyyat tələb edən başqa bir diz zədəsi aldım. Zədənin karyeramı bitirə biləcəyini bilirdim, amma bunun reallığa çevriləcəyini hələ də təsəvvür edə bilmirdim.
Sonda mənə məlumat verildi ki, karyeramı davam etdirməyim təkcə oynamaq bacarığıma deyil, ən əsası da gələcəkdə həyatıma ciddi təsir göstərə bilər. Sağlamlıq isə hər şeydən vacibdir".
Qeyd edək ki, "Aston Villa"nın yetimrəi olan futbolçu baş klubunda oynamayıb.