AZ

Deşam: “Fransa yığmasının oyunçuları psixoloji yorğundurlar”

Fransa yığmasının baş məşqçisi Didye Deşam “xoruzlar”ın futbolçuları arasında psixoloji yorğunluğun olmasını etiraf edib.

Arena.az “RMC Sport” dərgisinə istinadən, fransız mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mən futbolçularla çox ünsiyyət qururam. Artıq dediyim kimi, futbolçuların sağalıb bərpa olması üçün vaxt gərəkdir. Onların bir həftə ərzində üç oyunu ola bilər. Bundan əlavə, fiziki və psixoloji yorğunluq mövcuddur. Kimsə deyəcək ki, onlara acımağa gərək yoxdur. Amma səfərlər və uçuşlar… Onların şövqü qalır və yaxşı ki, bu şövq var. Ancaq fiziki vəziyyət və psixoloji yorğunluq ilhamlanmağa mane olur ki, bu isə daha da əhəmiyyətli ola bilər. Ancaq bunun kəmiyyətini müəyyən etmək çətindir”, deyə Deşam vurğulayıb.

Xatırladaq ki, Fransa yığmasının UEFA Millətlər Liqasının 5-ci turu çərçivəsində İsrail yığması ilə ev oyununda sərgilədiyi oyun müqabilində təhlilçilər, elə, Deşamın gəldiyi qənaəti səsləndirmişdilər. “Xoruzlar” “Stad de Frans”da İsrail yığmasının müqavimətini qıra bilməyiblər – 0:0.

Seçilən
41
arena.az

1Mənbələr