AZ

Nagelsman Almaniya yığmasının 7:0 qələbəsini şərh etdi

Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman Bosniya və Herseqovina yığması üzərində böyükhesablı qələbəni şərh edib.

Arena.az xatırladır ki, UEFA Millətlər Liqasının 5-ci turu çərçivəsində “bundestim” evdə qəbul etdiyi Bosniya və Herseqovina yığması üzərində 7:0 hesablı qələbə qazanıb.

Bu məğlubiyyət Bosniya və Herseqovina yığmasının tarixinə ən böyükhesablı məğlubiyyət olaraq düşüb.

“İki müsahibədə məndən kimi qeyd etmək istədiyimi soruşmuşdular. Deyərdim ki, bu, bir dəstə oyunçu və ya heyət daxil olmaqla bütün komandadır. Düşünürəm ki, hamımız yaxşıca dəyişmişik. Bütün komanda, məşqçilər qərargahı, heyət. Mən tez-tez vurğulamışam ki, mən özüm heç nə qazanmıram, amma komandanın özü nəyisə qazana bilər.

Bu baxımdan, mən artıq özümü düzgün yerə qoya bilirəm. Bilirəm ki, texniki baxımdan bizim açıq-aydın bir rolumuz var, amma bizə həm də hər şeyi həyata keçirmək istəyən və bunu etmək üçün həvəsli bir komanda gərəkdir. 2024-cü il hələ tam bitməyib. Ümumiyyətlə, özümü yaxşı hiss edirəm”, – Nagelsman matçdan sonra baş tutan mətbuat konfransında bildirib.

5 turdan sonra 13 xal toplamış Almaniya yığması UEFA Millətlər Liqasının A Liqasının 3-cü qrupunda zirvədə qərarlaşıb. “Bundestim” dördlər finalına vəsiqəsini təmin edib.

Bosniya və Herseqovina yığması isə 1 xalla qrup sonuncusu olaraq 4-cü pillədədir.

Seçilən
38
arena.az

1Mənbələr