AZ

İqlim maliyyəsi əhalinin ən həssas təbəqəyə çatmır - BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı

Bakı. Trend:

Biz buna ən çox ehtiyacı olan ölkələr və icmalar üçün iqlimmaliyyəsinin olmamasından narahatıq.

Trend xəbər verir ki, bu barədə Birləşmiş Millətlər TəşkilatınınQaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Siyasət üzrə BaşMəsləhətçisi, Xüsusi müşaviri Mişel Yonetani COP29 çərçivəsindəParlamentlərarası İttifaqın (IPU) və Azərbaycan Respublikası MilliMəclisinin birgə təşkil etdiyi Parlament Görüşü çərçivəsində“İnsanların hərəkətliliyinin və iqlim dəyişikliyinin idarəedilməsi: İqlim dəyişikliyinin səbəb olduğu miqrasiya və yerdəyişməproblemlərinin həlli” mövzusunda panel sessiyasında çıxışı zamanıdeyib.

"Biz qaçqın problemindən danışarkən, hər kəsin təsirləndiyininəzərə almalıyıq. Biz hər kəsdən dəyişməyə başlamağı, bumürəkkəbliyi başa düşməyi, bunun fərqində olmağı və eyni zamandadüşüncəmizi həqiqətən dəyişməyi, həqiqətən həyata keçirməyə, həllyollarına diqqət yetirməyi xahiş edirik. Və bunun üçün bu addımınhəyata keçirilməsinə kömək edən bir neçə əsas amil var. Əvvəla, bufaktiki məlumatdır. Baxmayaraq ki, artıq əhəmiyyətli məlumatbazamız var, milli və yerli səviyyədə baş verənlər haqqında dahaçox məlumata ehtiyac var", - deyə o bildirib.

Mişel Yonetani qeyd edib ki, hesabata əsasən, dünyada təxminedilən 120 milyon məcburi köçkün, münaqişə və təqiblər nəticəsindəməcburi köçkün olmuş insanların dörddə üçü hazırda iqlimdəyişikliyinin yüksək və ya ekstremal təsirlərinə həssas olanicmalarda yaşayır.

"Sudan, Haiti, Myanma, Efiopiya və s. Məlumatları vəmodelləşdirmə nəticələrini birləşdirərək, biz həmçinin aşkar etdikki, iqlimlə bağlı təhlükələrə həddindən artıq məruz qalan ölkələrinsayı 2040-cı ildə 65-ə yüksələcək. Və bu ölkələrin əksəriyyətiməcburi köçkünlərə ev sahibliyi edir.

Maliyyələşdirmə burada COP29-da əsas müzakirə mövzusudur. Bizihəqiqətən narahat edən iqlim böhranı ilə bağlı artanədalətsizlikləri həll etmək üçün ən çox ehtiyac duyulan ölkələr vəicmalar üçün maliyyə çatışmazlığıdır", - deyə o əlavəedib.

Seçilən
33
2
az.trend.az

3Mənbələr