AZ

İran ABŞ-dən təzminat tələb edir 

İran sanksiyalara görə ABŞ-dən təzminat tələb edir.

Ali rəhbərin müşaviri və SEPAH-ın sözçüsünün müavini Əli Şəmxani deyib:

“Amerikalılar İrana 1 trilyon dollar təzminat ödəməlidirlər, çünki onlar ölkəmizi 25 ildir iqtisadi sanksiyalarla geri salıblar”. 

Onun sözlərinə görə, ABŞ-nin sanksiyaları inqilabın qələbəsi günü başlayıb. Şəmxani ABŞ-nin İranda qarışıqlıq yaratmağa çalışdığını iddia edərək vurğulayıb:

“Amerikalılar özləri etiraf etdilər ki, İŞİD və "Əl-Qaidə"ni yaradıblar. Məqsədləri İslam ölkələrində təkfirçilərin bazası yaratmaq və müsəlmanlar arasında birliyi məhv etmək idi. Amerikalılar beynəlxalq qaydaları pozublar”.

"Cebheinfo.az"

Seçilən
38
1
cebheinfo.az

2Mənbələr