AZ

Dünya parlamentləri iqlim dəyişikliyinin yaratdığı miqrasiyaya qarşı ardıcıl siyasətlər hazırlamalıdırlar - Polşalı senator

Bakı. Trend:

Dünya parlamentləri iqlim dəyişikliyinin yaratdığı miqrasiyayaqarşı ardıcıl siyasətlər hazırlamalıdırlar.

Trend xəbərverir ki, bunu , Polşa Respublikasının senatoru QabrielaMorawska-Staneczka COP29 çərçivəsində Parlamentlərarası İttifaqın(IPU) və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkiletdiyi Parlament Görüşü çərçivəsində “İnsanların mobilliyinin vəiqlim dəyişikliyinin idarə edilməsi: İqlim dəyişikliyinin səbəbolduğu miqrasiya və yerdəyişmə problemlərinin həlli” mövzusundapanel sessiyasında çıxışı zamanı deyib.

"Dünyadakı parlamentlər iqlimlə bağlı miqrasiya və təbiifəlakətləri həll etmək üçün ardıcıl və hərtərəfli siyasətlərhazırlamalıdırlar. Bu işin əsas elementi ekoloji mülahizələrinbütün müvafiq siyasətlərə, strategiyalara və proqramlarainteqrasiyası edilməsidir.

Bu, təkcə artıq baş vermiş böhrana reaksiya verməklə bağlıdeyil, həm də baş verməmişdən əvvəl insanların məcburi köçkünvəziyyətinə düşməsinin qarşısını almaqdır. Regional və millistrukturlar bunda mühüm rol oynayır və bu aktual problemlərineffektiv həlli üçün lazımi dəstəyi almalıdırlar", - o bildirib.

Qeyd edək ki, tədbirdə Parlamentlərarası İttifaqının (IPU)Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı SevilMikayılova da iştirak edir.

Xatırladaq ki, ötən gün Bakıda COP29 çərçivəsindəParlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgətəşkilatçılığı ilə Parlament Görüşü öz işinə başlayıb. TədbirdəParlamentlərarası İttifaqın prezidenti Tulia Akson, AzərbaycanMilli Məclisinin sədri Sahibə Qafarova, həmçinin Parlamentlərarasıİttifaqın Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatıSevil Mikayılova iştirak ediblər.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirakedir.

Məqalədə:
Seçilən
39
1
az.trend.az

2Mənbələr