AZ

Fahriyə dəri paltoya görə “atəşə tutuldu”

Burak Özçivit xəzin təbii olmadığını söyləməklə mübahisələrə nöqtə qoyub


  Türkiyənin məşhur aktyorları Fahriyə Evcen və Burak Özçivit Fransaya səfərləri zamanı sosial medainın diqqətini çəkib. Ən çox da Fahriyə Evcenin böyük xəz dərili paltosu müzakirə edilib. Məlumdur ki, məşhurların təbii xəz dərilərdən geyimlərində istifadə etmələri eko-fəallar tərəfindən hər zaman mənfi qarşılanır, qınağa səbəb olur. Bu dəfə də Fahriyə xəz dərili palto geyindiyi üçün qınağa tuş gəlib. Lakin həyat yoldaşı Burak Özçivit xəzin təbii olmadığını söyləməklə mübahisələrə nöqtə qoyub.
 “Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, Fahriye Evcenin həyat yoldaşı Burak Özçivitlə səfər etdiyi Strasburqdan paylaşdığı fotolar sosial mediada gündəm olub. Minlərlə bəyənmə toplayan fotolarda diqqəti çəkən detalsa Fahriye Evcenin xəz paltoda görüntülənməsidir. Məsələ ilə bağlı Fahriye Evcendən açıqlama verilməsə də, sükutu həyat yoldaşı Burak Özçivit pozub. “2-ci səhifə”dəki xəbərə görə, mətbuat mənsublarının suallarını cavablandıran Özçivit bu açıqlamaları verib: "İşləyirik, bayram yoxdur. Xeyr, bu təbii xəz deyil”. 2013-cü ildə "Çalıkuşu" serialının çəkilişlərində başlayan sevgi münasibətlərini Burak Özçivit və Fahriye Evcen 2017-ci ildə evliliklə taclandırıb. Məşhur cütlük 2019-cu ildə ilk övladları Karanı, 2023-cü ilin yanvarında ikinci oğulları Kərəmi dünyaya gətirib. Sosial media paylaşımları ilə tez-tez gündəm olan cütlük ötən gün alış-veriş mərkəzində də görüntülənib. Günorta saatlarında ticarət mərkəzinə gələn Özçivit ailəsi mağazaları gəzərkən üslubları ilə bütün diqqətləri üzərinə çəkib.
Seçilən
18
sherg.az

1Mənbələr