Poq Poqba gözlənilən aqibətlə üzləşib. O, artıq “Yuventus”a məxsus deyil.
İtaliya klubu fransız yarımmüdafiəçi ilə müqaviləni qarşılıqlı razılıq əsasında pozub. “Yuventus”un saytının məlumatına görə, dünya çempionudekabrın 1-dən azad agent statusuna malik olacaq.
Xatırladaq ki, 31 yaşlı futbolçu antidopinq qaydalarını pozduğu üçün fevralın 29-da 4 illik diskvalifikasiya edilmiş, oktyabrda isə cəzası 18 aya endirilmişdi. Pol gələn ilin martında yaşıl meydanlara qayıda biləcək.
Xatırladaq ki, Poqba “Yuventus”a ikinci dəfə 2022-ci ildə “Mançester Yunayted”dən keçmişdi. O, bu klubda 2012-16-cı illərdə də çıxış etmişdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta