AZ

"Bu möhtəşəm tədbirdə Bakıda olmaqdan çox qürur duyuram" - JAN KRİSTOF ROLAND

"Bu gün 2024-cü il Qlobal Kanal Avarçəkmə Aksiyasının Böyük Finalında iştirak etmək mənim üçün böyük şərəfdir və böyük məmnuniyyətdir". SİA xəbər verir ki, bu sözləri Beynəlxalq Avarçəkmə Federasiyasının (FİSA) prezidenti Jan Kristof Roland deyib.

O bildirib ki, bu tədbir Azərbaycanda COP29 münasibəti ilə keçirilir. İcazə verin, ilk növbədə, Azərbaycanı bu çox mühüm tədbirə, COP29-a ev sahibliyi etdiyinə görə təbrik edim. Bildiyiniz kimi, idman cəmiyyətin bir hissəsidir və idman dünyanın üzləşdiyi problemlərə qarşı mübarizədə məsuliyyət daşıyır. Ona görə də mən bu möhtəşəm tədbirdə Bakıda olmaqdan çox qürur duyuram və çox məmnunam və bu tədbir üçün hamınıza ən yaxşısını arzulayıram".

Müəllif: Söylü Ağazadə
Seçilən
50
sia.az

1Mənbələr